Hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu çalışan portuqaliyalı məşqçi Serxio Konseysao Avropaya geri qayıda bilər. Sport24.az xəbər verir ki, "Marsel" portuqaliyalı mütəxəssislə danışıqlar aparır.
Roberto De Zerbini istefaya göndərən Fransa klubu Konseysaodan müsbət cavab almasa, "Renn"in çalışdırıcısı Hebib Beyeyə rəsmi təklif göndərəcək.
Konseysao "Porto" ilə 3 dəfə Portuqaliya çempionu, 4 dəfə ölkə kubokunu və 3 dəfə Superkuboku qazanıb.
O, həmçinin İtaliya Super Kubokunun qalibidir. 51 yaşlı məşqçinin Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.