Braziliyanın "Fluminense" klubu "Krasnodar"ın kolumbiyalı hücumçusu Con Kordobanın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Fluminense"nin baş məşqçisi Luis Zubeldia şəxsən Kordobanın alınması üçün çalışır. Lakin Rusiya klubunun hücumçuya görə istədiyi təzminat brazliyalıları düşünməyə vadar edir. "Öküzlər" Kordobanı 30 milyon avrodan uzun satmayacağını qarşı tərəfin diqqətinə çatdırıb."Fluminense" rəsmiləri bu qiyməti həddən artıq şişirdilmiş hesab edir.

 

Qeyd edək ki, 32 yaşlı hücumçu bu mövsüm "Krasnodar"da 24 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı kolumbiyalı futbolçunu 10 milyon avro dəyərində qiymətləndirir.