"Arsenal" və "Çelsi" klubları Madrid "Atletiko"sunun hücumçusu Julian Alvaresin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubları 26 yaşlı argentinalı oyunçu üçün yay transfer dönəmini gözləyirlər. yaylan xəbərlərə əsasən, Madrid klubu argentinalı futbolçu üçün 115 milyon avro tələb edir.

 

"Barselona" və PSJ-nin də Alvaresə maraq göstərdiyi bildirilir. 

 

Qeyd edək ki, Alvares 2024-cü ilin avqustundan "Atletiko"nun formasını geyinir. Forvard 2025/26 mövsümündə o, 32 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə hazırkı müqaviləsi 2030-cü ilin yayında başa çatır.