"Tottenhem"in nümayəndələri Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone ilə əlaqə saxlayıblar. Sport24.az xəbər verir ki, bu barədə "Indykaila News" "X" sosial media platformasında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, londonlulara argentinalı mütəxəssisin qarşıdan gələn yayda istənilən iş təklifinə açıq olduğu bildirilib.

 

Qeyd edək ki, "Tottenhem" dünən 2025-ci ilin yayından komandanın "sükanı arxasında" olan Tomas Frankı istefaya göndərib. Simeone isə 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. 26 turundan sonra aktivində 29 xal olan "Tottenhem" turnir cədvəlində 16-cı yerdədir.