"İmişli" Misli Premyer Liqasının 20-ci turunda "Qarabağ"la oyuna itki ilə çıxacaq. Sport24.az-ın məlumatına görə, bölgə təmsilçisinin futbolçusu Edvin Banqera matçda iştirak edə bilməyəcək.

 

Bu səbəb 29 yaşlı kolumbiyalı müdafiəçinin cəzalı olmasıdır. 

 

Banqera "Kəpəz"lə qolsuz heç-heçə etdikləri əvvəlki turda sarı vərəqə ilə cəzalanıb. O, cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyindən növbəti turda cəzalıdır.

 

Qeyd edək ki, fevralın 14-də keçiriləcək "İmişli" - "Qarabağ" oyunu saat 14:30-da start götürəcək.