"Atletiko" yayda "Çelsi"nin sol cinah müdafiçisi Mark Kukurelanı transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes-in Spnish" məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Madrid klubu "Çelsi"dən Xulian Alvares üçün böyük təklif gələcəyi təqdirdə argentinalı futbolçunu Mark Kukurela ilə dəyişdirməyi planlaşdırır.

Qeyd edək ki, 27 yaşlı İspaniya millisinin üzvü bu mövsüm "Zadəganlar"ın heyətində 35 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.