"İnter Mayami"nin futbolçusu Lionel Messi zədələnib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Argentinalı ulduz fevralın 8-dənin keçirilən Ekvador "Barselona"sı ilə yoldaşlıq oyununda zədə alıb. Bu üzdən Lionel komanda ilə məşqə çıxmır.

 

Ona sol budunda əzələ dartılması diaqnozu qoyulub. O, əlavə tibbi müayinələrdən keçib və diaqnoz təsdiqlənib.

 

Messinin yaşıl meydanlara nə vaxt dönəcəyi barədə məlumat verilməyib.