Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Azərreyl" ilə "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Saat 18:00-a planlaşdırlan qarşılaşmada isə "DH Volley" "Turan"la üz-üzə gələcək.
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Qeyd edək ki, 13-cü tura fevralın 17-də yekun vurulacaq.