Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XVII turun daha bir oyunu keçiriləcək. Sport24.az xəbər verir ki,  günün yeganə matçında B qrupunda yer alan komandalar üz-üzə gələcək.

 

"Sumqayıt" öz meydanında "Naxçıvan"ı qəbul edir. "Naxçıvan" B qrupunda 28 xalla ikinci, "kimyaçılar" isə  22 xalla beşinci pillədə qərarlaşıb.

 

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.