Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Səfərdə "Lənkəran"la üz-üzə gələn "Sərhədçi" 83:69 hesablı qələbə qazanıb. Matç Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

 

Tura fevralın 14-də yekun vurulacaq.