"Turan Tovuz"un yeni transferi Mark Mampassinin karyerasını Almaniyada davam etdirmək şansı olub. Sport24.az "Braunschweig.t-online" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Braunşveyq "Ayntraxt"ına keçə bilərdi.

Lakin Rusiya "Lokomotiv"i oyunçunun aylıq 44 min avroluq maaşının ödənilməsini istəyib.

Qeyd edək ki, Mark Mampassi müqavilə ilə "Lokomotiv"ə məxsusdur. Moskva təmsilçisi onu mövsümün sonunadək "Turan Tovuz"a icarəyə verib.