"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, "Liverpul" onun "rənglərinə bağlamağı" planlaşdırır.

 

Mənbənin sözlərinə görə, fransız futbolçunun keçidi ingilislərə təxminən 80 milyon avroya başa gələ bilər. 

 

Qeyd edək ki, Kunde 2022-ci ilin yayından "Barselona"da oynayır. Kataloniya klubu onu "Sevilya"dan transfer edib. Müdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.