"Tottenhem"in əfsanəsi Martin Çivers 80 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Çivers "Tottenhem"ın heyətində 367 oyun keçirib və bütün zamanların ən böyük oyunçularından biri kimi tanınıb.

 

Qeyd edək ki, Sauthemptonda anadan olan Çivers, klub üçün 174 qol vuran Şimali London əfsanəsi idi. "Tottenhem"ə  keçirdiyi səkkiz il ərzində o, iki Liqa Kuboku və bir UEFA Kubokunu qazanmaqda komandaya kömək edib. Veteran futbolçu həmçinin İngiltərə milli komandasında 24 oyun keçirib və 13 qol vurub.