İngiltərə Premyer Liqasının "Tottenhem" komandasının baş məşqçisi Tomas Frank yarımmüdafiəçi Xavi Simonsun çıxışının onu sevindirdiyini söyləyib. Sport24.az xəbər verir ki, o, Simonsun son oyunlardakı fəallığını nümunə kimi göstərib.

 

"Onun ikinci hissənin uzatma dəqiqələrində etdiyi möhtəşəm geri qaçış var idi. O, sona qədər qaçdı və bu, mənim üçün, bizim üçün, hamı üçün çox vacibdir. Çox çalışmaq lazımdır. Onun ümumi çıxışı xoşuma gəlir. Onun iş əxlaqını da xüsusi qeyd etməliyəm", - deyə baş məşqçi bildirib.

 

Niderlandlı futbolçu mövsümün əvvəlində komandanın oyun ritminə uyğunlaşmaqda çətinlik çəksə də, son matçlarda yüksək dinamika və fədakarlıq nümayiş etdirməsi ilə məşqçinin etimadını qazanıb.