"Atalanta"nın mərkəz yarımmüdafiəçisi Edersonun "Mançester Yunayted"ə keçidi uğursuzluqla nəticələnib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, ingilis klubu 27 yaşlı braziliyalı futbolçu üçün 45 milyon avro transfer haqqı ödəməyə razı olub və oyunçunun özü ilə ortaq məxərəcə gəlib. Lakin son anda "qırmızı şeytanlar" transferdən imtina edib. Buna səbəb Edersonun tibbi müayinədən keçə bilməməsi olub. Futbolçu yenidən "Atalanta"ya qayıdacaq.
Qeyd edək ki, Ederson ötən mövsüm "Atalanta"da 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.