"Fənərbağça"dan ayrılan Domeniko Tedesko İngiltərədə çalışa bilər. Sport24.az xəbər verir ki, mütəxəssis "Çelsi"də baş məşqçi postuna namizədlər arasındadır.
Bu barədə "talkChelsea" portalı məlumat yayıb. Tedeskonun Londona yollanacağı və klubla görüş keçirəcəyi bildirilib.
Alman mütəxəssis ötən ay "Fənərbağça"dan qovulub. O, daha əvvəl "Şalke", "Spartak", "Leypsiq" kimi klublara rəhbərlik edib.