"Bolonya"nın hücumçusu Conatan Rou karyerasını İngiltərə Premer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" ingiltərəli futbolçunu transfer etmək istəyir. 

 

Bu barədə "La Gazzetta Dello Sport" nəşri məlumat yayıb.

 

London klubu 23 yaşlı hücumçu üçün 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.

 

Qeyd edək ki, "Bolonya" Conatan Rounu 2025-ci ilin yayında "Marsel"dən 17 milyon avroya transfer edib. İngiltərəli futbolçu bu mövsum A seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.