İsveçrə və Portuqaliya millilərinin sabiq baş məşqçisi Artur Jorje vəfat edib. Sport24.az xəbər verir ki, mütəxəssis bu gün 78 yaşında dünyasını dəyişib.

 

Portuqaliyalı məşqçi karyerasını 69 yaşında başa vurub.

 

Qeyd edək ki, mərhum karyerası ərzində Moskva ÇSKA-sı, "Benfika", "Portu", PSJ, "Vites", "Əl-Nəsr", "Əl-Hilal" kimi komandaların baş məşqçisi olub.