Moskva "Spartak"ı əslən azərbaycanlı olan futbolçusu Ayaz Quliyevlə müqaviləni ləğv edib. Sport24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilədək olan anlaşça tərəflərin qarşılıqlı razılığı ilə pozulub.

“Spartak”ın yetirməsi olan 24 yaşlı Quliyev 2018-ci ilin yayında "Rostov"a 500 min avroya transfer olunmuşdu. Bundan cəmi 6 ay sonra isə Moskva klubu mərkəz yarımmüdafiəçini 1 milyon avroya qaytardı. Ancaq bu, uğurlu alınmadı. Nizam-intizamı baxımından problemi olan Ayaz başa çatmaqda olan mövsümdə heç bir matç keçirməyib. Keçən mövsümdə isə 11 matçda (8-i əsas heyətdə) çıxış edərək qol vura bilməyib, 5 sarı vərəqə alıb.  

.