Millinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” qapıçısı Qoran Karaçiçlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniya və herseqovinalı qolkiperin müqaviləsinə təktərəfli xitam verib.

Buna səbəb 27 yaşlı oyunçunun adının Türkiyə Futbol Federasiyası tərəfindən klubun iştirak ərizəsinə salınmaması olub. Bu səbəbdən rəhbərlik Karaçiçlə 2025-ci ilin yayına qədər olan sözləşməni ləğv edib.

Qeyd edək ki, Qora bu mövsüm UEFA Konfrans Liqasının 3 oyununda “Adana Dəmirspor”un formasını geyinib.