Niderland yığmasının baş məşqçisi Ronald Kuman karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gələn yarımmüdafiəçi Stiven Berqveyni milli komandaya çağırmayacağını bildirib. Sport24.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında 26 yaşında əsas iddianın pul deyil, idman olmalı olduğunu söyləyib:

 

"Onun yığmaya yolu bağlıdıq. Bu barədə nə düşündüyümü bilir. 26 yaşında əsas iddian pul deyil, idman olmalıdır. O, "Ayaks"da qala bilərdi və bu, o qədər də pis olmazdı, elə deyilmi? Oyunçuların seçiminə hörmətlə yanaşmalısan, amma şəxsən mən belə seçim etməzdim".

 

Qeyd edək ki, bir müddət əvvəl Berqveynin "Ayaks"dan "Əl-İttihad"a keçdiyi məlum olub. Onun transfer məbləği 21 milyon avrodan çox qiymətləndirilir.