Milli komandanın keçmiş baş məşqçisi Pap Tiav Seneqal Futbol Federasiyasına (FSF) 646.000 avro tələbi ilə məktub göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Pan Africa Football" məlumat yayıb.

 

Mütəxəssisin vəkillərinin sözlərinə görə, iddia ödənilməmiş maaşlar, bonuslar, kompensasiya və digər ödənişlərlə bağlıdır. Tiav bildirib ki, 2026-cı ilin mart ayından bəri maaş almayıb.

 

Vəkillər borcu ödəmək üçün Seneqal Futbol Federasiyasına  səkkiz gün vaxt veriblər. Ödəniş edilməzsə, onlar məhkəməyə müraciət edəcəklər. 

 

Qeyd edək ki, Tiav 2024-cü ildə Seneqal millisinin "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında 2026-cı ildə Afrika Millətlər Kubokunu qazansalar da, sonradan məşqçi və oyunçuların finaldakı davranışlarına görə cəzalandırılıblar. DÇ-2026-da isə Seneqal millisi mübarizəni 1/8 finalda dayandırıb.