"Qalatasaray"ın yarımmüdafiəçisi Lukas Torreyra təhlükəsizlik məsələləri səbəbindən Türkiyə klubundan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki. bu barədə ESPN məlumat yayıb.
Oyunçu agentindən karyerasını Türkiyədən kənarda davam etdirmək üçün klub tapmasını istəyib. May ayında İstanbuldakı ticarət mərkəzlərinin birində bir kişi Torreyraya hücum edib. Mediada yayılan məlumatlara görə, mübahisə oyunçunun sevgilisi ilə bağlı olub. Həmin vaxt həmin şəxs saxlanılıb. Lakin bu həftə o, sərbəst buraxılıb və Torreyranı yenidən təhdid etməyə başlayıb.
Xəbərlərə görə, kişi uruqvaylı futbolçunun sürücüsünə yaxınlaşaraq "başladığı işi bitirmək" niyyətində olduğunu bildirib. Polis yenidən onu axtarır.
qeyd edək ki, Torreyra 2022-ci ildən "Qalatasaray"dadır. O, əvvəllər "Arsenal", Madrid "Atletiko"su və "Fiorentina"da oynayıb.