"Paris" klubu "Yuventus"un və Kanada millisinin hücumçusu Conatan Devidin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Turin klubu 26 yaşlı kanadalının bu yay satılmasının çətin olacağını başa düşür və buna görə də hücumçunu icarəyə verməyi düşünür.

 

Devidin "Yuventus"la hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. "Transfermarkt" onun dəyərini 30 milyon avro qiymətləndirir.

 

Devid əvvəllər də Fransada oynayıb. Hücumçu 2020-ci ildən 2025-ci ilə qədər "Lill"in formasını geyinib. 

 

Qeyd edək ki, kanadalı futbolçu ötən mövsüm bütün turnirlərdə 46 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. DÇ-2026-da isə meydana çıxdığı 5 oyunda 3 dəfə (hər üç qolu Qətərə vurub) fərqlənib.