Rumıniya çempionatında 5-ci tura start verilib. Sport24.az xəbər verir ki, millimizin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Petrolul" səfərdə "Voluntari" ilə üz-üzə gəlib.
Matç Cəlalın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov isə 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran"Petrolul" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.