Bu gün Misli Premyer Liqasının ilk turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.
Cari mövsümdə ev oyunlarını Qəbələdə keçirmək məcburiyyətində olan "Araz-Naxçıvan" "İmişli"ni qonaq edir. Mövsümlərarası fasilədə hər iki komandanın düşərgəsində əhəmiyyətli dərəcədə dəyişiklik olub. Cavid Hüseynov Naxçıvan təmsilçisinin, Fərid Namazov isə İmişlinin eyniadlı təmsilçisinin "sükanı arxasına" keçib. Simasını dəyişmiş hər iki kollektivin yeni mövsümün açılış turunda necə təsir bağışlayacağı maraqla gözlənilir.
Qeyd edək ki, oyunun start fiti saat 18:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, I tur
18:30. "Araz-Naxçıvan" - "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ. Şəhər stadionu.