Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Rakuv" (Polşa) – "Hayduk" (Xorvatiya) matçını idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim Kamal Umudlu olacaq. VAR-da Piter Benks (İngiltərə) və İnqilab Məmmədov çalışacaqlar.
"Rakuv" – "Hayduk" görüşü avqustun 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki. "Rakuv"un heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.