"Real" cari transfer pəncərəsində sol cinah müdafiəçisi Ferlan Mendi və mərkəz müdafiəçisi Raul Asensionu satmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
"Kral klubu"nun rəhbərliyi Mendinin tez-tez zədələnməsi səbəbindən onunla yolları ayırmaq qərarına gəlib. Klubun 23 yaşlı yetirməsi Asensioya gəldikdə isə, o, yeni baş məşqçi Joze Mourinyonun taktiki planlarına daxil deyil.
Qeyd edək ki, "Real" İspaniya La Liqasının yeni mövsümünü səfərdə "Espananyol"a qarşı keçirəcəyi oyunla başlayacaq. Görüş avqustun Bakı vaxtı ilə 22-də saat 23:30-da baş tutacaq.