"Arsenal" Leverkuzen "Bayer"inin müdafiəçisi Carel Kuanso ilə maraqlanır. "Topçular"ın baş məqçisi Mikel Arteta İngiltərə millisinin oyunçusunun çox yönlülüyünü, müdafiənin mərkəzində və sağ cinahında oynaya bilmə qabiliyyətini nəzərə alaraq onu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"s məlumat yayıb.
Kuanso ötən il "Liverpul"dan "Bayer"ə keçib və klubla 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Transfer haqqının 40 milyon, bonusların isə 5 milyon avro olduğu bildirilirdi. "Arsenal" "Bayer"in oyunçu üçün ötən yay ödədiyindən daha çox pul istəyəcəyinin fərqindədir.
"Liverpul" isə müdafiəçini almaq hüququnu saxlayır saxlayıb və müqavilədə göstərilən 2027-ci ilin yayında qüvvəyə minəcək və 60 milyon avro dəyərində olacaq.
Qeyd edək ki, Kuanso ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb və 5 qol vurub. Müdafiəçi həmçinin DÇ-2026-da İngiltərə millisində üç oyun keçirib.