Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışdadır. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

 

Biletlər bu gün saat 15:00-dan etibarən "iTicket.az"-da onlayn
satışdadır.

 

Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya "iTicket.az"-dan əldə edə bilərlər.

 

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.