"Qalatasaray" hücumçu Halil Dervişoğlunu icarəyə verib. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli forvardı "Qaziantep"ə göndərib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı futbolçu 2026/27 mövsümünü bu komandanın heyətində keçirəcək.

 

Qeyd edək ki, Halil Dervişoğlu ötən mövsüm icarə əsasında "Rizespor"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol vurub.