Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilir. Sport24.az xəbər verir ki, açılış turunun ilk oyun günündə bir matç baş tutacaq.
"Turan Tovuz" "doğma divalar" arasında "Qəbələ"ni qonaq edir.
Hesabat həftəsinin digər qarşılaşmaları avqustun 15-16-17 tarixlərində keçiriləcək.
Qeyd edək ki, Tovuzda baş tutacaq görüşün start fiti saat 19:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, I tur
19:30. "Turan Tovuz" – "Qəbələ" 1:0 (Birinci hissə)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz. Şəhər stadionu.
"Turan Tovuz": 35. Aleksey Kenyaykin 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev 21. Stiv Beusnar
Baş məşqçi: Kurban Berdiyev
"Qəbələ": 1. Səlahət Ağayev (k) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 81. Samir Ağayev 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze