Çempionşipin 33-cü turunda "Şeffild Yunayted"ə 2:1 hesabı ilə məğlub olan "Şeffild Uensdey"in vaxtından əvvəl bu liqanı tərk edəcəyi dəqiqləşib. Sport24.az xəbər verir ki, maliyyə problemləri səbəbindən komandanın hesabından 18 xal da silinib.

 

33 turdan sonra ""Şeffild Uensdey" 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Şeffild Uensdey" fevralda Çempionşipi tərk edəcəyi dəqiqləşən ilk komanda kimi tarixə düşüb.