"Fulhem" "Şaxtyor"un braziliyalı vingeri Kevinin transferində maraqlıdır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, londonlular 22 yaşlı oyunçu üçün Ukrayna klubuna 37 milyon avro və bonuslar şəklində rəsmi təklif göndərib.

 

Mənbənin sözlərinə görə, Donetsk klubu isətranefr üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.

 

Qeyd edək ki, 2024-cü ilin yanvarında "Palmeyras"dan "Şaxtyor"a keçib. Mətbuatda yayılan xəbərlərə görə, o vaxt müqavilənin dəyəri 12 milyon avro olub. Braziliyalının hazırkı komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir. Braziliyalı 2025/2026 mövsümündə UEFA Avropa Liqasının seçmə mərhələsində 3 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.