Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb. Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.

 

O, bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın sükanı arxasında olacaq.

 

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət "Azəryol" komandasının da baş məşqçisidir.