"Fənərbaxça" ukraynalı "Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenkonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Serkan Hamzaoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, İstanbul klubunun idman direktoru Devin Özek ukraynalı futbolçunun transferi ilə bağlı artıq İngiltərədə "Arsenal"ın idman direktoru Andrea Berta ilə görüşüb.
Londonlular müdafiəçinin transferi üçün 15 milyon avro almaq istəyir.
Qeyd edək ki, Zinçenko 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.