Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını PSJ-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, parislilər hazırda bu transferin reallaşması üzrəində işləyirlər. Fransa klubu London təmsilçisinə 150 milyon avro (125+25 bonus) təklif edib.

 

Qeyd olunur ki, transferin təşəbbüskarı PSJ-nin baş məşqçisi Luis Enrikedir. O, meydanın mərkəzində Vitinya - Joao Neves – Fernandes "üçlüyü"ünü görmək istəyir.