Cavid Hüseynov yeni iş yeri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı mütəxəssis I Liqa klubunu çalışdıracaq.

 

Yeni mövsümdə I Liqanın iddialılarından olacağı gözlənilən "Şəfa" Hüseynovu "sükan arxasına" dəvət edib. Yaxın günlərdə onun təyinatı ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, Hüseynovun son klubu ötən mövsüm elitanı tərk edən "Səbail" olub.