Yeni mövsümdə "Neftçi"nin futbol akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, mövsümlərarası fasilədə Cemal Bülbüllə yolları ayıran "ağ-qaralar" bu dəfə də türkiyəli mütəxəssislə anlaşıb.
Etibarlı mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən, Tolqa Şanbay "ağ-qaralar"ın akademiyasının yeni koordinatoru təyin olunub.
Qeyd edək ki, 45 yaşlı Şanbay karyerası ərzində "Altınordu", "Kayserispor", "BB Erzurumspor" kimi klublarda koordinator kimi çalışıb.