Monteneqro Futbol Federasiyasının təşkil etdiyi sorğu əsasında 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, yerli çempionatdakı klubların kapitan və baş məşqçiləri, eləcə də Qadın, Gənclər futbolu və futzal üzrə komissiyanın üzvləri ilin ən yaxşılarını seçiblər.
Səsvermənin nəticəsinə əsasən, "Atalanta"nın hücumçusu Nikola Krstoviç ilin futbolçusu adına layiq görülüb. Forvard bu mükafatı ikinci il ardıcıl qazanıb və bu dəfə böyük üstünlüklə qalib gəlib.
Krstoviç kapitan və baş məşqçilərin sorğusunda 73 səs toplayaraq birinci olub.
İkinci yeri "Qarabağ"ın futbolçusu Marko Yankoviç (29 səs), üçüncü yeri isə "Latsio"nun müdafiəçisi Adam Maruşiç (26 səs) tutub