Ağır çəkidə UFC-nin kamerunlu sabiq çempionu, "yırtıcı" ləqəbi ilə tanınan Frensis Nqannu Afrika Millətlər Kubokunda Kamerunun qələbəsinə böyük pul qoyuluşu edib. Sport24.az xəbər verir ki, sabiq çempion bu barədə sosial şəbəkə hesabında paylaşım edib və mərc kuponunu paylaşıb.

 

39 yaşlı boksçu 21.0 əmsalla 18 min avro məbləğində pul qoyuluşu edib. Kamerun millisi hazırda davam edən turnirin qalibi olacağı təqdirdə Nqannu 319 min 200 avro qazanacaq.

 

Qeyd edək ki, Kamerun Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turundan sonra 3 xalla F qrupunda birinci yerdədir. Komanda dekabrın 28-də Fil Dişi Sahili ilə qarşılaşacaq.