Mozambik milli komandası Afrika Millətlər Kubokunda ilk oyununda çıxıb. Sport24.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Rikardo Martinsin də yer aldığı milli Fil Dişi Sahili ilə qarşılaşıb.
Mozambik millisi 0:1 hesabı ilə məğlub olub. Martins 90 dəqiqə meydanda olub. Oyunda yeganə qolu 79-cu dəqiqədə Amad Diallo vurub.
Mozambik növbəti oyunlarda Gabonla (28 dekabr) və Kamerunla (31 dekabr) qarşılaşacaq.