"Samsunspor"un futbolçusu Antoni Musaba Türkiyə Super Liqasında klubunu dəyişəcək. Sport24.az xəbər verir ki, "Fənərbaxça" niderlandlı vingerin keçidini həll edib.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

İstanbul nəghəngi Musaba üçün onun klubuna 5 milyon 750 min avroluq sərbəstqalma məbləğini ödəyəcək. 25 yaşlı oyunçu "Fənərbaxça" ilə 4,5 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, "Samsunspor" Antoni Musabanı mövsümün əvvəlində "Şeffild Yunayted"dən 1 milyon avroya transfer edib. Niderland U-21 millisinin üzvü "qırmızı-ağlar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.