İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Nottinqem Forest"də çıxış edən futbolçu Murillonu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, kataloniyalılar 23 yaşlı müdafiəçini almaqda maraqlıdır.

 

Komandanın baş məşqçisi Hans-Diter Flik braziliyalı oyunçunun keçidində israrlıdır.

 

Bundan əlavə, İspaniyanın "Real", Almaniyanın "Bavariya" və İngiltərənin "Çelsi" klubları da futbolçunu yaxından izləyir.

 

Qeyd edək ki, Murillo cari mövsüm bütün yarışlarda 16 oyunda 1 qol vurub. Onun "Nottinqem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.