"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, Asiya ölkəsinin 3 klubu mərakeşli futbolçu ilə maraqlanır.

 

Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

 

"Əl-İttihad", "Əl-Əhli" və "Əl-Şəbab" En-Nesirini futbolçunu transfer etmək istəyir. Super Liqa nəhəngi 28 yaşlı forvardı satmağın əleyhinə deyil. Onlar təcrübəli oyunçunun satışından 30-35 milyon avro gəlir əldə etmək istəyirlər.

 

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.