Müdafiəçi Xavi Qalan Madrid "Atletiko"sundan "Osasuna"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Pamplona təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.
İnsayder Fabrisio Romanonun sözlərinə görə, "Osasuna" oyunçu üçün birdəfəlik transfer haqqı olaraq 500.000 avro ödəyib. Bundan başqa futbolçu komandanın formasını geyindiyi hər mövsüm üçün qarşı tərəfə eyni məbləğdə bonus ödəyəcək.
Qeyd edək ki, Xavi Qalan 2023-cü ildən "Atletiko"nun şərəfini qoruyur. Müdafiəçi bu mövsüm on oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.