"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal evindəki ən dəyərli əşyanın adını açıqlayıb. Sport24.az xəbər verir ki, gənc ulduz bununla bağlı "Daily Mail" qəzetinə açıqlama verib:

 

"Evimdəki ən dəyərli əşya Fransanın qapısına vurduğum topdur".

 

Qeyd edək ki, İspaniya millisi Avropa çempionatının yarımfinalında Fransanı 2-1 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Lamin Yamal və Dani Olmo fərqlənmişdi. Turnirin həlledici görüşündə isə İngiltərəni 2-1 hesabı yenən ispanlar  Avro-2024-ün qalibi olub.

Yamal İspaniya millisində 23 oyun keçirib və 6 qol vurub.