Bu gün I Liqada 2025-ci ilin son oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, 12-ci turun 2-ci oyun gününə 2 matç nəzərdə tutulub.
Lider "Şəfa" MOİK-in qonağı olacaq. "Difai" isə "doğma divarlar" arasında "Cəbrayıl" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Mingəçevir" "Şahdağ Qusar"la (1:1) heç-heçə edib. "Səbail" "Şimal"a (3:4), "Zaqatala" isə "Baku Sportinq"ə (1:2) məğlub olub.
I Liqa
XII tur
25 dekabr (cümə axşamı)
14:00. MOİK – "Şəfa"
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva
Binə qəsəbə stadionu
14:30. "Difai" – "Cəbrayıl"
Hakimlər: Rəvan Həmzəzadə, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Niyaz Əhmədov
Ağsu şəhər stadionu