"Real"ın qapıçısı Tibo Kurtua karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının Pro Liqasında çıxış edən klublardan biri belçikalı qapıçıya mövsümə 30 milyon avro maaş olmaqla, ümumilikdə üç illik 90 milyonluq müqavilə təklif edib.
Qeyd edək ki, Kurtuanın bu mövsüm komandanın əsas qapıçısıdır və cəmi iki oyunda əsas heyətdə yer almayıb. Belçikalı "çərçivə qoruyucusu" meydana çıxdığı 23 matçda 20 qol buraxıb və 10 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.