"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib və "RMC Spor" tərəfindən təsdiqlənib.

 

Münhen klubu "Əl-Nəsr"in 30 milyon avroluq ilk təklifini qəbul etməyib. "Bavariya" fransız üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.

 

Qeyd olunur ki, klublar arasında danışıqlar yekunlaşmaq üzrədir.